Xəzərdə azərbaycanlıların olduğu gəmi atəşə tutuldu
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzərdə balıqçı gəmisinin atəşə tutulması ilə bağlı rəsmi məlumat yayıb. Oxu.Az “Kazakhstan Today”a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumatda saxlanılan kiçik həcmli gəmidə aşkarlanan 800-dək kiloqram nərə balığının müsadirə olduğu bildirilir. Qeyd olunur ki, gəmi qanunsuz balıq ovu ilə məşğul olub və sərhədçilərin tələblərini yerinə yetirməkdən imtina edib. …