
"İkisindən biri yalan danışır" – Mourinyo Qvardiola və Rayola haqda
“Qvardiola bir söz deyir, menecer isə bunu təkzib edir. Belə çıxır ki, onlardan biri həqiqəti deyir, digəri isə yalan danışır”.

“Qvardiola bir söz deyir, menecer isə bunu təkzib edir. Belə çıxır ki, onlardan biri həqiqəti deyir, digəri isə yalan danışır”.
AzturkFm.com-ın məlumatına görə, bu sözləri Britaniya mətbuatına açıqlamasında “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo deyib. “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola və dünyaca məşhur menecer Mino Rayolanın Pol Poqba haqda fikirlərinə münasibət bildirən portuqaliyalı mütəxəssis onlardan birini yalan danışmaqda günahlandırıb:
“Açığı, onlardan hansının yalançı və ya təmiz olduğu mənə maraqlı deyil. Heç birinin fikri məni maraqlandırmır”.
Qeyd edək ki, bir müddət öncə Qvardiola Poqbanın “Mançester Siti”yə keçidi üçün Rayolanın ona müraciət etdiyini söyləmişdi. Menecer isə buna cavabında bildirmişdi ki, transfer məsələlərini baş məşqçi deyil, klub rəhbərliyi ilə müzakirə edir. (qol.az)