
Bərdə sakinində 3 kilo narkotik maddə tutuldu
DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanmışdır. İstintaq və əməliyyat tədbirləri aparılır.
Musavat.com